Berlində koronavirus məhdudiyyətləri əleyhinə nümayiş keçirilib – VİDEO

02:00 02-08-2021 330

Berlində COVID məhdudiyyətləri əleyhinə etiraz aksiyası keçirilib.

“RİA Novosti” xəbər verir ki, icazəsiz aksiyada 4-5 min sakin iştirak edib.

Aksiyanın şəhər rəhbərliyi tərəfindən qadağan olunduğu bildirilib.

Buna baxmayaraq, Almaniya paytaxtının müxtəlif rayonlarında insanlar küçələrə axışaraq etiraz ediblər. 500-dək nümayişçi polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, dünən Fransada da analoji aksiyalar təşkil olunub. Nümayişçilərdən 76 nəfərinin saxlanıldığı bildirilib.