Azərbaycanın İnterpol xətti ilə axtardığı şəxs tutulub

23:27 14-08-2019 811

Azərbaycan tərəfindən İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışa verilmiş 42 yaşlı şəxs Türkiyə-Yunanıstan sərhədindəki Kipi gömrük keçid məntəqəsində tutulub.

Türk mətbuatının yaydığı məlumata görə, onu Türkiyədən Yunanıstana keçmək istəyərkən pasport yoxlanışı zamanı saxlayıblar.

Sərhəddə aparılan araşdırma zamanı şübhəlinin başqalarına aid şəxsi məlumatları ələ keçirmə, şantaj və kompüter məlumatlarına qanunsuz giriş ittihamları ilə Azərbaycan hökuməti tərəfindən axtarışa verildiyi məlum olub.

Hələlik tutulmuş şəxsin kimliyi barədə məlumat verilmir.