Prezident yol tikintisinə 2,2 milyon manat ayırdı - SƏRƏNCAM

15:40 02-08-2021 439

Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.