Əfqanıstan Türkiyənin Kabil hava limanını mühafizə etməsinə razılıq verdi

17:40 02-08-2021 324

Əfqanıstan hakimiyyəti ABŞ qoşunlarının çıxarılmasından sonra Kabil beynəlxalq hava limanının Türkiyə tərəfindən mühafizə olunmasına etiraz etmir.

Bu barədə “RİA Novosti” Əfqanıstan prezidentinin baş müşaviri Kəlamuddin Şinvariyə istinadən məlumat yayıb.

“Əfqanıstan hakimiyyətinin bu məsələdə Türkiyə ilə heç bir problemi yoxdur”, - deyə K.Şinvari bildirib.