Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyədə böyük sevinclə qarşılanıb – FOTO

19:00 02-08-2021 342

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin yola düşən növbəti qrupu qardaş Türkiyə Respublikasının Ordu şəhərinə çatıb.

“TRT Haber”in xəbərinə görə, yanğınsöndürənlərimiz şəhər əhalisi tərəfindən böyük sevinclə qarşılanıb. Yanacaq ehtiyatını bərpa edən FHN karvanı hazırda yanğınların baş verdiyi Marmaris bölgəsinə doğru istiqamət götürüb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yollanıb. İyulun 31-də isə  daha bir qrup qardaş ölkəyə yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.