Leonardo Di Kaprio bu roluna görə utanır

01:18 15-08-2019 656

Məşhur aktyor Leonardo Di Kaprio karyerası boyu ona utanc gətirən rolunun adını çəkib.

Aktyor “The New York Post”a açıqlamasında bu barədə danışıb.

Di Kaprionun sözlərinə görə, həmin ekran əsərində rol almış Tobi Maquayr kimi, o da tamaşaçıların “Dons Plam” kafesi” filminə baxmalarını istəmir. O, bu filmə karyerasının əvvəlində çəkildiyini, təcrübəsizliyinə görə pis oynadığını etiraf edib.

Di Kaprio həmin filmdə çəkilmə səbəbini belə əsaslandırıb: “Mən bu rol üzərində cəmi bir gecə işləmişəm. Başa düşürsünüz, mən sadəcə kömək etmək istəyirdim”.