Toni Kroos iki ay futboldan kənar qalacaq

01:40 04-08-2021 434

Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos zədələnib.

Bu barədə kral klubundan məlumat yayılıb.

Məlumata görə, almaniyalı oyunçuya pubalqiya diaqnozu qoyulub.

Həkimlərin sözlərinə görə, futbolçunun bud və qarın əzələləri arasında yaranan disbalans çanaq nayihəsində kəskin ağrılara səbəb olub.

Goal.com-un məlumatına görə, Kroosun LaLiqanın “Alaves”ə qarşı start oyununu buraxacağı dəqiqdir.

“As” nəşri isə futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.