“Titanik” muzeyində faciə: Aysberq ziyarətçilərin üzərinə düşdü

06:20 04-08-2021 365

ABŞ-ın Tennessi ştatında yerləşən “Titanik” muzeyində aysberqi təsvir etmək üçün hazırlanmış divarın çökməsi nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə məlumat muzeyin “Facebook” səhifəsində dərc edilib.

Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onların aldığı xəsarətin nə qədər ciddi olması hələlik məlum deyil.

Hazırda “Titanik” muzeyi ziyarətçilərin üzünə bağlanıb.

İnsidentin təfərrüatları araşdırılır.