Ben Ladenin qardaşı tərk edilmiş malikanədən qurtulmağa çalışır - FOTO

08:00 04-08-2021 843

“Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Usamə bin Ladenin ögey qardaşı İbrahim Los-Ancelesdəki malikanədən qurtulmağa qərar verib.

Bu barədə “Los Angeles Magazine” xəbər yayıb.

Bildirilir ki, bina Nyu Yorkda 11 sentyabr terror hücumundan sonra 20 ildir ki, tərk edilmiş vəziyyətdədir.

İyulun 28 -də satışa çıxarılan malikanə 28 milyon dollara təklif edilib.