Şəhid ailəsi üzvləri və müharibə iştirakçıları işlə təmin edildi - FOTO

16:20 04-08-2021 326

“Aqroservis ASC” tərəfindən “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvləri və müharibə iştirakçıları işlə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cəmiyyətin vakant elan etdiyi 32 vəzifə üzrə 10 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı “Aqroservis”in Şəki, Ağcabədi, Yevlax, Bərdə, Şəmkir, Xaçmaz regional nümayəndəliklərinin rayon bölmələrində və qurumun təsərrüfat sektorunda operator, iqtisadçı, sürücü və digər işlərlə təmin olunublar.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulublar.

Aksiyanın məqsədi torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatlarda canından keçən şəhidlərimizin və müharibə iştirakçılarının işlə təmin olunmasına yardım etməkdir.