Ronaldu “Barselona”ya qarşı oynayacaq

01:00 05-08-2021 654

“Yuventus”un forvardı Kriştianu Ronaldu Joan Hamper Kuboku uğrunda “Barselona”ya qarşı matçda iştirak edəcək.

Sports.ru bildirir ki, portuqaliyalı hücumçu artıq bir neçə gündür ki, komandasıyla birlikdə məşq edir və Barselonada keçiriləcək ənənəvi mövsümöncəsi turnirdə iştiraka hazırlaşır.

Ronaldunun meydançada 90 dəqiqə ərzində oynamayacağı da bildirilir. Belə ki, onun hələ öz sabit oyun formasını bərpa etmədiyi vurğulanır.

Qeyd edək ki, “Barselona” – “Yuventus” qarşılaşması avqustun 8-də baş tutacaq.