Qonaq sayına məhəl qoymayan restoran sahibi 4000 manat cərimələnib

09:40 05-08-2021 308

Daşkəsəndə karantin qaydalarını pozan şadlıq evi 4 000 manat cərimə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.