Kiprdə Qurban Qurbanova qarşı təxribat – VİDEO

00:00 06-08-2021 429

Kiprdə keçirilən AEL – “Qarabağ” matçının sonunda qalmaqal yaşanıb.

Ağdam klubunun cavab qolundan sonra oyunda gərgin anlar yaşanıb.

Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. 

Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.

Qarşılaşma qısa fasilədən sonra bərpa olunub.