Yoluxmuş insanda koronavirusun növünü təyin etməyin yolları açıqlandı

02:40 06-08-2021 300

Xarici əlamətlərlə  insanın koronavirusun hansı növünə müəyyən etmək mümkün deyil. Bunu yalnız laboratoriya şəraitində öyrənmək olar.

Bu barədə “RİA Novosti”yə  Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, koronavirusun hansı variantda olduğunu ancaq sekvens yolu ilə - laboratoriya şəraitində virusun genomunu və ya onun fraqmentini (S-protein genini) deşifrə etməklə təyin etmək mümkündür. Bu, əsas mutasiyaları, sonra da onun ştammını təyin etməyə imkan verəcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hazırda ən çox koronavirusun “delta” variantı yayılıb. Bu variant Britaniyada müəyyən olunan “alfa” növündən 50 faiz daha yoluxucudur.

COVID-19-un “delta” variantına yoluxanların orta və ağır formalarda xəstələnmə ehtimalı daha çoxdur, müalicələri isə daha mürəkkəb və uzunmüddətlidir.