Qızının sürprizi Olimpiya çempionunu duyğulandırdı - VİDEO

04:40 06-08-2021 470

İngiltərədə Olimpiya Çempionunun qızı tərəfindən qarşılanmasının görüntüləri sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Kadrları gimnast Maks Uitlokun özü “Instagram” hesabından paylaşıb.

Kadrlarda balaca qızın atasını görəndən sonra onu doğru qollarını açaraq qaçması və sevincindən atılıb-düşməsi əks olunub.

“Necə gözəl sürpriz! Ailəm gələcəyini sirr olaraq saxlamışdı, ona görə onları aeroportda görəcəyimi düşünməmişdim”, - deyə idmançı bildirib.

Qeyd edək ki, gimnast Tokio olimpiadasında qızıl medal alıb.