Səkkiz yaşlı uşağa da rəhm etmədi: Sevgilisi tərk edən kişi bütün ailəni qəddarcasına qətlə yetirdi - FOTO

08:40 06-08-2021 401

Hakasiyada keçmiş məhkum beş nəfərdən ibarət ailəni vəhşicəsinə qətlə yetirib. Qurbanlar arasında səkkiz yaşlı qız da var.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər verib.

Məlumata görə Cirim kəndində evdə 56 yaşlı Svetlana İ., onun 19 yaşlı oğlu və  azyaşlı nəvəsi ölmüş halda tapılıb. Bundan başqa qadının bir yerdə yaşadığı 58 yaşlı Vladimir X. və onun ekiz qardaşının da cəsədi də aşkarlanıb. Onların hamısı qəddar şəkildə bıçaqlanmışdılar.

Artıq şübhəli saxlanılıb. Bu 36 yaşlı yerli sakin Fyodor Panovdur. O, bundan əvvəl iki qadını qəddarlıqla öldürdüyü üçün həbsdə yatıb.

Saxlanılan şəxs Svetlananın qızı Marinaya aşiq olduğu üçün bunu etdiyini bildirib. Qadın kənddən gedib, keçmiş məhkum isə qəzəblənərək, qısqanclıq zəminində bütün ailəni doğrayıb, sonra isə ona zəng edərək bütün ailəsini qətlə yetirdiyini deyib.

Məlumata görə, şübhəlini yerli sakinlərin köməyi ilə tutmaq olub. O, qaçaraq qonşu evlərə girməyə çalışıb. Qonşulardan biri Panovu maşınla vurub, digərləri isə onu linç etmək istəyib. Polis 5 dəqiqə də geciksəydi, yəqin ki, elə də olacaqdı.