Novxanıda bir nəfər dənizdə boğularaq ölüb

22:20 06-08-2021 351

Abşeron rayonunda bir nəfər dənizdə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində bir nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.