Rusiya bayrağını daşımaq dağıstanlı güləşçiyə həvalə edildi

19:40 07-08-2021 615

Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Rusiyanın bayrağını güləş yarışlarında ölkəsinə qızıl medal qazandırmış Abdülrəşid Sadullayev daşıyacaq.

Bu barədə jurnalist Vasili Konov öz “Telegram” kanalında Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakova istinadən məlumat yayıb.

Xatırladaq ki, A.Sadullayev bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində amerikalı Kayl Snayderə 6:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Bu, A. Sadullayevin karyerasında Olimpiya Oyunlarında ikinci qızıl medalıdır.