Meşə yanğınları ilə mübarizə aparan bələdiyyə sədri xəstəxanaya yerləşdirilib

21:40 07-08-2021 322

Türkiyənin Antalya şəhərinin bələdiyyə sədri Muhittin Böcek yerli xəstəxanalardan birinə yerləşdirilib.

Bu barədə “Sabah” nəşri məlumat yayıb. 

İlkin məlumata görə, Muhittin Böcek kəskin öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. 

Bələdiyyə sədrinin oğlu Gökhan Böcek isə jurnalistlərə açıqlamasında bildirib ki, 10 gün davam edən meşə yanğından sonra atası özündə zəiflik hiss edib və müalicə üçün Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasına müraciət edib.

Hazırda Muhittin Böceyin həkimlərin nəzarəti altında müalicə aldığı qeyd olunur.