Türkiyəli müdafiəçinin çıxış etdiyi klub İngiltərə Superkubokunun qalibi oldu - VİDEO

00:20 08-08-2021 507

Bu gün İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

“Championat” xəbər verir ki, “Uembli” stadionunda keçirilən final qarşılaşmasında “Lester Siti” “Mançester Siti” ilə qarşılaşıb.

Gərgin keçən matçda “Lester Siti” oyunun 86-cı dəqiqəsində Keleçi İxenaçonun penaltidən vurduğu qolla qalib gəlib.

Bununla da “Lester Siti” tarixində ikinci dəfə İngiltərə Superkubokunu qazanıb.

Məlumat üçün onu da qeyd edək ki, Türkiyə milli komandasının 25 yaşlı müdafiəçisi Çağlar Söyüncü “Lester Siti”nin əsas heyət oyunçusudur.