Britaniya şahzadəsi zorlamada ittiham olunub

21:00 08-08-2021 329

Britaniya şahzadəsi Endryu məhkəmə qarşısına çıxarıla bilər.

“Mail On Sunday” nəşrinin məlumatına görə, buna səbəb kral ailəsi üzvünün 20 il öncə amerikalı qadını zorlamaqda ittiham edilməsidir.

37 yaşlı ABŞ vətəndaşı Virciniya Roberts iddia edib ki, 17 yaşında ikən şahzadə Endryu tərəfindən seksual zorakılığa məruz qalıb.

Qeyd edək ki, Bukingem sarayı iddihamları rədd edərək, əsassız adlandırıb. Hazırda Britaniya Kraliçası II Yelizavetanın nəvəsinin məhkəmə qarşısına çıxarılması Robertsin məhkəməyə müraciət edib-etməməsindən asılıdır.