“Bank BTB” ailəsi qardaş Türkiyənin yenidən yaşıllaşmasına dəstək göstərdi

11:20 09-08-2021 324

“Bank BTB” Azərbaycan Banklar Assosiasiyasının və Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüsünə qoşularaq hər bir əməkdaşı adından 5 ədəd ağac tingi göndərdi. Əminik ki, hər anında yanında olmağa hazır olduğumuz qardaş Türkiyə qısa zamanda yenidən yaşıla bürünəcək.

Məlumat üçün bildirək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bankın məhsul və xidmətləri haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat Mərkəzinə, www.btb.az rəsmi saytına və ya bankın “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edərək məlumat ala bilərlər.