TRACECA ilə Azərbaycandan daşınan tranzit yüklərin həcmi azalıb

17:40 09-08-2021 494

2021-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20 325 200 ton olub.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,3 faiz azalma müşahidə olunub.

Yüklərin 11 407 000 tonu və ya 56,1 faizi avtomobil nəqliyyatı, 6 598 600 tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 2 319 600 tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 faizini və ya 4 652 600 tonunu tranzit yüklər təşkil edir.