Millimizin inzibatçısı 30 yaşında özünü asıb: Baş Prokurorluqdan AÇIQLAMA - FOTO

13:00 10-08-2021 419

Bakıda intihar hadisəsi qeydə alınıb.

HerGun.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.

Verilmiş sorğuya cavab olaraq bildiririk ki, avqustun 8-i saat 01:00 radələrində Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlunun yaşadığı mənzildə özünü asaraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 30 yaşlı Ramal Mirzəyev 17 yaşadək qızlardan ibarət millimizdə inzibatçı kimi çalışıb.

Səbuhi Musayev