Elektromobillərin 20 il sonrakı perspektivləri açıqlanıb

07:20 11-08-2021 512

2040-cı il üçün elektromobillərin qlobal avtomobil bazarındakı payı 70%-ə yaxın olacaq.

Bunu “Bloomberg”in analitikləri proqnozlaşdırıblar.

Onların hesablamalarına əsasən, təxminən 20 il sonra dünya üzrə elektromobillərin satış həcmi illik 66 milyon ədədə çatacaq. Bu sahədə aparıcı bazarlar Çin və Aİ ölkələri olacaq.

Qeyd edilən prosesə paralel olaraq, daxili yanma mühəriikilə təchiz edilmiş nəqliyyat vasitələrinin satışı ildən-ilə azalacaq.