Məsciddə şəhidlərin xatirəsi əbədiləşdirildi

17:40 13-08-2021 313

Məşədi Dadaş məscidində burada ibadət etmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərin adlarının həkk olunduğu barelyef asılıb.

HerGun.Az-ın məlumatına görə, məscidin girişində yerləşdirilmiş abidədə vaxtilə burada həm xidmət göstərmiş, həm ibadət etmiş Ələsgərov Ələkbər, Vəliyev Oruc, Əsgərov Rauf, Əliyev Rüfət, Nəcəfov Əli, Qasımov İsmayıl, Abdullayev Sənan, Mirzəyev Mahir, Əliyev Camal və Alxaslı Rəvanın adları yazılıb.

Məscidin dini icmasının və icmanın üzvü olan qazilərin təşəbbüsü ilə hazırlanan barelyefin açılışı Məhərrəm ayının ilk gününə salınıb.