Ağstafada evdə yanğın baş verib

02:00 15-08-2021 364

Ağstafada yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzidə yerləşən evlərin birində qeydə alınıb.

Evdə yanğın anidən başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri həyata keçirilir.