Bundesliqada bol qollu gecə

05:40 15-08-2021 390

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ilk turu davam edir.

İkinci oyun günündə Dortmund “Borussiya”sı “Ayntraxt”a qarşı oynayıb. Yeddi qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Bayer” “Yunion”la səfər oyunundan heç-heçə ilə ayrılıb.

“Volfsburq” isə “Bohum”la qarşılaşmada minimal hesabla üstün olub.

Almaniya Bundesliqası, 1-ci tur

14 avqust

“Arminiya” – “Frayburq” - 0:0

“Auqsburq” – “Hoffenhaym” - 0:4
Qollar:
Larsen, 37. Adamyan, 79. Rutter, 87. Rudi, 90+5.

“Volfsburq” – “Bohum” - 1:0
Qol:
Veqorst, 22.

“Yunion” – “Bayer” - 1:1
Qollar:
Avoniyi, 7 – Diabi, 12.

“Ştutqart” – “Qroyter” - 5:1
Qollar:
Endo, 30. Klement, 36. Kempf, 55; 76. Al Qaddiui, 61 – Levelinq, 90+3.

“Borussiya D.” – “Ayntraxt” - 5:2
Qollar:
Roys, 23. T.Hazard, 32. Haland, 34; 70. Reyna, 58 – Passlak, 27-öz qapısına. Hauqe, 86.