Poqbadan Premyer Liqanın ilk turunda tarixi uğur

07:40 15-08-2021 430

İngiltərə Premyer Liqasının ilk turunda “Mançester Yunayted” “Lids”i 5:1 hesabı ilə darmadağın edib.

Gazeta.ru-nun məlumatına görə, “mankunianlar”ın yarımmüdafiəçisi Pol Poqba bu görüşdə tarixi uğura imza atıb.

Belə ki, fransalı görüşdə dörd məhsuldar ötürmə edib.

Bu isə “qırmızı şeytanlar”ın heyətində İngiltərə Premyer Liqasında bir oyunda edilmiş ən çox asist rekordu kimi tarixə düşüb.