“Mançester Siti” “Tottenhem” səfərindən yenə əliboş dönür - VİDEO

22:00 15-08-2021 481

İngiltərə Premyer Liqasında mövsümün ilk turuna yekun vurulub.

HerGun.Az xəbər verir ki, turun sonuncu oyunu Londonda baş tutub.

“Tottenhem” “Mançester Siti”ni qəbul edib.

London klubuna qarşı son iki səfər matçında qol vura bilməyən Pep Qvardiolanın komandası bu dəfə də əliboş qalıb.

Oyunda isə koreyalı Son Hunq Minin vurduğu qol yeganə olub.

Qarşılaşmadan görüntüləri və matçın yeganə qolunu təqdim edirik: