Heyvan hüquqları müdafiəçilərindən Beynəlxalq Olimpiya Komitəsinə çağırış

04:20 16-08-2021 384

PETA (People for the Ethical Treatment of Animals) təşkilatından olan heyvan hüquqları müdafiəçiləri Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət ünvanlayıblar.

Bu barədə təşkilatın saytından məlumat verilib.

Bildirilib ki, Olimpiya Oyunları insanlar arasında yarışları nəzərdə tutur. Burada iştirak etmək istəməyən heyvanlar buna məcbur edilməməli, bəzən öz həyatları bahasına insanları əyləndirməməlidir.

PETA üzvləri BOK-u at idmanını Olimpiadanın yarış növləri siyahısından çıxarmağa çağırıb, heyvanlara qarşı zorakılığın yolverilməz olduğunu bir daha xatırladıb.

Qeyd edək ki, müraciətə səbəb bu yaxınlarda başa çatmış Tokio Olimpiadasında yaşanmış insident olub. Beşnövçülükdə yarışan Annika Şloy yarışmaq istəməyən atını qamçılayaraq ona təsir göstərməyə çalışıb.