MN: “Azərbaycan Ordusunun hərbi qulluqçuları qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur”

23:00 16-08-2021 495

Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur.