Anonim rəssam Benksinin yeni əsərlərindən biri vandal tərəfindən korlandı - FOTO/VİDEO

02:40 17-08-2021 517

Britaniyalı anonim küçə rəssamı Benksinin yeni əsərlərindən biri korlanıb.

“Sky News” xəbər verir ki, bu, rəssamın əsərin müəllifliyini təsdiqləməsindən dərhal sonra baş verib.

Əsərdə əlində kokteyllə şezlongda uzanan xoşbəxt bir siçovul təsvir olunub.

Sənətçinin əsəri vandal tərəfindən ağ boya ilə boyanıb. Ancaq o, elə iş başında yaxalanıb və qraffitinin tamamilə məhvinin qarşısı alınıb.

Qeyd edək ki, Benksi ötən həftə Britaniyanın şərq sahilindəki kurort şəhərlərində ortaya çıxan siçovul qraffiti və digər 9 küçə sənəti əsərinin özünün olduğunu təsdiqləyib.