Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var

09:40 17-08-2021 806

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar – 1937-ci il təvəllüdlü Quliyeva Minayə, 1964-cü il təvəllüdlü Əfəndiyeva Firdovsi, 1965-ci il təvəllüdlü Əfəndiyeva Yeganə, 1986-cı il təvəllüdlü Əfəndiyeva Solmaz, 1994-cü il təvəllüdlü Quluzadə Əliş və 2013-cü il təvəllüdlü Əfəndiyeva Leyladır.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.