Dünya çempionatında daha dörd güləşçimizin medal qazanmaq şansı var

18:00 17-08-2021 373

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

HerGun.Az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Bu gün mübarizə aparan idmançılarımızdan heç biri finala çıxmayıb. Bununla belə, Əbülfəz Nəsirov (61 kq), ötən ay Olimpiadada çıxış etmiş Turan Bayramov (74 kq) və Saqadulla Ağayevin (86 kq) təsəlliverici görüşə çıxıb, bürünc medal qazanmaq şansı var.

Ən ağır çəkili idmançımız Aydın Əhmədov (125) isə yarımfinalda Lyova Qevorqyana (Ermənistan) vaxtından erkən məğlub olub və bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, bu gün üç sərbəst güləşçimiz dünya çempionatının finalında, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Səbuhi Musayev