Əfqanıstanın vitse-prezidenti özünü dövlət başçısı elan edib əhalini müqavimətə çağırdı - FOTO

19:40 17-08-2021 380

Əfqanıstanın vitse-prezienti Əmrullah Saleh əhaliyə müraciət edərək, onları “Taliban”a qarşı müqavimət hərəkatına qoşulmağa çağırıb.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

Saleh özünü müvəqqəti dövlət başçısı elan edərək, radikal hərəkat qarşısında heç vaxt baş əyməyəcəyini və sonadək ölkədə, xalqının yanında qalaraq mübarizə aparacağını bildirib.