İran uranın zənginləşdirilməsi prosesini genişləndirir

02:40 18-08-2021 345

İran Nətənz nüvə obyektində uranın zənginləşdirilməsi işlərini genişləndirib.

Bu barədə “Reuters” Beynəxalq Atom Enerjisi Agenliyinə istinadən məlumat verib.

Məlumata görə, müəssisədə uranın 60%-dək zənginləşdirilməsinə imkan verən ikinci sentrifuqalar sistemi işə salınıb.

Bildirilib ki, bu, İrana nüvə silahı üçün daha çox xammal əldə etməyə imkan verəcək.

Qeyd edək ki, bir müddət əvvəl ölkə hökuməti uranın 90%-dək zənginləşdirilməsi imkanına sahib olduqlarını açıqlayıb.