Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - VİDEO

08:40 18-08-2021 499

Avqustun 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.