Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı - FOTO

16:40 18-08-2021 314

Azərbaycanda son gündə COVID-19 əleyhinə 66 519 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.