“Qalatasaray”da Markaonun ilkin cəzası bəlli oldu - FOTO

19:20 18-08-2021 357

“Qalatasaray”ın Türkiyə Superliqasının ilk turu çərçivəsində “Giresunspor”la oyunu zamanı komanda yoldaşı Kərəm Aktürkoğlu ilə dalaşan Markaonun ilkin cəzası açıqlanıb.

Klubdan verilən məlumata görə, braziliyalı müdafiəçi komandanın heyətindən kənarlaşdırılıb. Onun kollektivdən ayrı məşq edəcəyi bildirilib.

Həmçinin, yekun maddi və intizam cəzasının bir qədər sonra elan olunacağı qeyd edilib.