“Taliban” Əfqanıstanda demokratiyanın olmayacağını bəyan etdi

00:40 19-08-2021 372

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının nümayəndəsi Vahidullah Haşimi bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.

“Reuters”in məlumatına görə, təşkilat rəsmisi bəyan edib ki, Əfqanıstanda demokratiya olmayacaq. Ölkə şəriət qanunlarına əsasən idarə olunacaq.

Haşimi qadınların təhsil məsələsinə də toxunub. Onin sözlərinə görə, Əfqanıstanda qadınların təhsil hüququ barədə islam üləmaları şurası qərar verəcək.

“Taliban” nümayəndəsi, həmçinin Əfqanıstanla qonşu ölkələrə müraciət edərək, bu dövlətlərin əfqan hərbçilərin qaçdıqları təyyarə və helikopterləri geri qaytaracaqlarına ümid etdiyini bildirib.