Türkiyə Avropa çempionatına qələbə ilə başladı

01:00 19-08-2021 316

Türkiyənin voleybol üzrə qadınlardan ibarət yığma komandası Avropa çempionatına qələbə ilə start verib.

“Haber Global”ın məlumatın görə, “sultanlar” D qrupu çərçivəsində keçirdikləri ilk oyunda ev sahiblərindən biri olan Rumıniya millisini 3:1 hesabı ilə üstələyib.

Sentyabrın 20-də baş tutacaq ikinci turda ay-ulduzlu komanda Ukrayna seçməsilə qarşılaşacaq.  

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə evsahibliyi ilə təşkil olunub.