Rusiya Dövlət Dumasına seçkilərdə 6 minə yaxın namizəd qeydə alınıb

01:40 20-08-2021 375

Rusiyada Dövlət Dumasına seçkilərdə namizəd qismində 6 minə yaxın şəxs qeydiyyata alınıb.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeydə alınanlardan təqribən 4 mini partiya siyahıları üzrə, 2 mini isə birmandatlı dairələrdən namizəddir.

Bütövlükdə, sentyabrın 19-da keçiriləcək seçkilərdə 90 mindən çox namizəd iştirak edəcək. Həmin günü federal parlamentin aşağı palatası ilə yanaşı, regional parlamentlərin də tərkibi müəyyənləşəcək.