Nə üçün koronavirus daha çox kişiləri öldürür?

05:40 21-08-2021 331

Kişilərdə, hormonal sistemin xüsusiyyətlərinə görə, koronavirusdan ölmə ehtimalı qadınlardan daha yüksəkdir.

Bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok Ura.ru saytına müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

“Onlarda antikor istehsalının səviyyəsi bir qədər aşağıdır”, - deyə mütəxəssis qeyd edib.

Bolibok qadınların immunitet sisteminin virusa təsir etdiyini, anticismlərin yoluxmuş hüceyrələrə nüfuz etməsinin daha asan olduğunu vurğulayıb.

“Bu qadına xas xüsusiyyətin digər tərəfi də var – onlarda anticismlər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərə daha çox rast gəlinir”, - deyə o əlavə edib.