Kabildə Azərbaycan-Türkiyə qardaşlığı: “Haber Global” azərbaycanlı sülhməramlılara reportaj həsr etdi - VİDEO

20:00 21-08-2021 293

Azərbaycanlı sülhməramlıların Əfqanıstanın paytaxtı Kabil aeroportunda türkiyəli ailənin övladını izdiham arasında götürərək öz nəzarəti altına alması dost dövlətin mətbuatında da geniş işıqlandırılıb.

“Haber Global” telekanalında yayımlanan reportajda sözügedən hadisənin detallarına toxunulub.

“Tarixi qardaşlıq, güvən bir daha ortaya çıxdı. Bir millət iki dövlət deyərək eyni ay-ulduzlu bayrağın altında yaşayanlar Kabildə, ən çətin vəziyyətdə də bir-birlərinə dəstək olurlar”, - deyə reportajda vurğulanır.