Meksikada qasırğa səkkiz nəfərin həyatına son qoyub, itkin düşənlər var

01:00 22-08-2021 348

Meksikanın şərq sahillərini cənginə alan “Qreys” tropik qasırğası səkkiz nəfərin həyatına son qoyub, daha üç nəfər itkin düşüb.

TASS agentliyi xəbər verir ki, bu barədə Verakrus ştatının qubernatoru Kuitlauak Qarsiya mətbuat konfransında açıqlama verərkən söyləyib.

Kuitlauak Qarsiya vətəndaşlara müraciət edərək qeyd edib ki, bölgədə fövqəladə vəziyyət davam edir və hər bir meksikalı təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir.