Yunanıstan Əfqanıstandan gələn qaçqınların qarşısını almaq üçün 40 kilometr uzunluğunda divar inşa etdirib

07:40 22-08-2021 352

Yunanıstan Türkiyə ilə sərhəddə 40 kilometrlik divarın inşasını başa çatdırıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Yunanıstan vətəndaşlarının müdafiəsi işləri üzrə naziri Mixalis Xrisoxoidis məlumat yayıb.

O qeyd edib ki, ucaldılan dəmir konstruksiya ölkəsini Əfqanıstandan gələn miqrantlardan qoruyacaq.

M. Xrisoxoidis əlavə edib ki, Əfqanıstan böhranı dünyadakı geosiyasi vəziyyəti dəyişir və miqrasiya axınına səbəb olur.