Cəlilabadda “Niva” aşıb, ölən və yaralananlar var

17:40 22-08-2021 314

Cəlilabadda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Babalı kənd sakini Əzizov Xəqani Mehdi oğlu idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - İntiqam Maqsudov və Bəhruz Maqsudov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.