İranda koronavirusdan rekord ölüm qeydə alındı

18:00 22-08-2021 335

Son 24 saatda İranda koronavirus səbəbindən 684 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu, pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək göstəricidir.

Məlumatda bildirilib ki, son sutkada İranda 36 419 yeni yoluxma faktı aşkar olunub.

Qeyd edək ki, İslam Respublikasında indiyədək 102 038 nəfər COVID-in qurbanı olub.