Ana və sevgilisi 11 yaşlı yeniyetməni qətlə yetirib - YENİLƏNİB + FOTO

21:20 22-08-2021 319

Goranboyda 11 yaşlı yeniyetmənin qətlə yetiriıməsi ilə bağlı bəzi detallar məlum olub.

Hüquq mühafizə orqanlarından HerGun.Az-a verilən məlumata görə, yeniyetmənin anası Gülay Təhməzova və sevgilisi Anar Məmmədov F.Təhməzovu döyərək öldürüb. 

Daha sonra uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı bataqlığa atıblar.

Yeniyetmənin döyülərək öldürülməsinə səbəb Aşura günü özbaşına rayondan Gəncəyə İmamzadə məscidə getməsi olub.

G.Təhməzova avqustun 19-da uşağın itkin düşməsi barədə polisə müraciət edibmiş.

F.Təhməzovun sağlamlıq imkanı məhdudiyyəti var idi və autizm xəstəliyindən əziyyət çəkirmiş.

İlhamə Əbülfət

20:08

Goranboyda 11 yaşlı yeniyetmə öldürülüb.

“Report” xəbər verir ki, 2010-cu il təvəllüdlü Fərid Təhməzov qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.